Şənbə, 04 May

Həbsdə olan Dilan və Engin Polat cütlüyü haqqında "YARALAMA" İDDİASI

image

Hazırda həbsdə olan sosial media fenomeni Dilan Polatla həyat yoldaşı Engin Polat barədə yeni xəbər yayılıb.

Xəbər verilie ki, Engin Polatın sahibi olduğu gözəllik mərkəzində Şeyma E. adlı qadına edilən prosedur onun yaralanmasına səbəb olub.

Belə ki, İstanbulda yaşayan 27 yaşlı Şeyma 8 ay boyunca "Rasping" proseduru etdirib. Aparatla onun bədəninin müxtəlif nahiyələrinə isti hava verilərək çəki atması təmin edilib.

Lakin prosedurun sonunda qadın həyatının şokunu yaşayıb. Onun dərisinin bir qat yandığı məlum olub. Daha sonra salondan şikayətçi olan qadına 500 lirə verilib və dəri yanığının sağalması üçün bahalı kremlər göndərilib.

Qadın ona bu proseduru edən işçini(Esmanur Alanyurt ) və gözəllik salonun sahibi Engin Polatı məhkəməyə verib. Məhkəmədə Engin müştərinin allergiyası səbəbindən bədənində yanıq əmələ gəldiyini deyərək ona ünvanlanan ittihamı qəbul etməyib.

Daha sonra məlum olub ki, qadına bu prosedur tətbiq edilərkən cihaz 50 dərəcə temperaturda olub. Bundan sonra təşkil edilən məhkəmədə Engin Polat ve Esmanur Alanyurt  barəsində "qəsdən adam yaralama" maddəsi ilə ittiham irəli sürülüb.
Enginin vəkili "Rasping" aparatının Enginin özünün isehsal etdiyini, bunu Asiya və Avropa ölkələrinə sataraq Türkiyəyə xeyli miqdarda gəlir  gətirdiyini və aparatın heç bir yan təsirinin olmadığını deyib.

Vəkil bildirib ki, mütəri salounun sahibi Enginin adına qara yaxaraq ondan pul qoparmağa çalışır.

Beləliklə günah zərərçəkmiş qadına atılıb.

Çirkli pulların yuyulmasında ittiham olunan Enginlə Dilana yaşananlar barədə hansı cəzanın veriləcəyi və məhkəmənin onlar haqqında hansı qərarı çıxacaracağı müzakirə olunan mövzulardandır

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40